Azərbaycan, Bakı, 28 yanvar /Trend/
Mərkəzi Bankın elektron nəşri olan rüblük "Tədqiqat bülleteni"nin dördüncü nömrəsi rəsmi internet səhifəsində yerləşdirilib.
Bankdan Trend-ə verilən məluimata görə, Bülletendə dünya iqtisadiyyatında baş verən ən son iqtisadi proseslərin icmalı verilib, qlobal maliyyə bazarlarında vəziyyət, aparılan iqtisadi siyasətlər və qlobal gözləntilər əks olunub.
Burada, həmçinin Avropa ölkələrinin mərkəzi banklarında modelləşdirmə, proqnozlaşdırma təcrübəsinə dair yeniliklər, gəlir artımı və gəlir bərabərsizliyi, qeyri-formal bilik iqtisadiyyatı, həmçinin qlobal maliyyə sistemi üzrə son tədqiqatların nəticələri verilib.
Bülletenin fundamental tədqiqatlar bölməsində Mərkəzi Bank tərəfindən aparılan son tədqiqat işləri, onların nəticələri haqqında da məlumat verilib.