...

Azərbaycan sahibkarları Tatarıstanda investisiya forumuna dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2014 11:27 (UTC +04:00)
2014-cü il martın 5-6-da Tatarıstanın (Rusiya Federasiyası) Kazan şəhərində "Invest in Tatarstan Winter Forum" investisiya forumu keçiriləcək.
Azərbaycan sahibkarları Tatarıstanda investisiya forumuna dəvət olunurlar

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Əliyev/

2014-cü il martın 5-6-da Tatarıstanın (Rusiya Federasiyası) Kazan şəhərində "Invest in Tatarstan Winter Forum" investisiya forumu keçiriləcək. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Forum Tatarıstan Prezidentinin himayəsi altında Tatarıstan İnvestisiya İnkişaf Agentliyi, Tatarıstan İnkişaf Şirkəti və Tatarıstan İxrac Korporasiyası tərəfindən təşkil olunur.

Məlumatda deyilir ki, Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunurlar.

Ətraflı məlumat üçün AZPROMO-ya müraciət etmək olar: əlaqələndirici şəxs - Zaur Qardaşov; tel: (012) 598 01 47; email: [email protected]

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 2,58 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti