...

"AtaTravel" Şahdağa 200-dən çox turist göndərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2014 19:39 (UTC +04:00)
Şahdağ Qış-Yay Turizm Kompleksi turistlər tərəfindən böyük maraqla qarşılanır. "AtaTravel" MMC tərəfindən kompleksə artıq 200-dən artıq turist göndərilib.
"AtaTravel" Şahdağa 200-dən çox turist göndərib

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Şahdağ Qış-Yay Turizm Kompleksi turistlər tərəfindən böyük maraqla qarşılanır. "AtaTravel" MMC tərəfindən kompleksə artıq 200-dən artıq turist göndərilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, "AtaTravel" MMC-nin direktor müavini Ərtoğrul Qafarov qeyd edib ki, Şahdağ Qış-Yay Turizm Kompleksinə turist kimi getməyin bir nəfər üçün qiyməti, avtobus, səhər yeməyi, bələdçi və fotosessiya daxil olmaqla, 19 AZN təşkil edir.

Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən Şahdağ" Qış-Yay Turizm Kompleksinə gələ bilərlər. Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi də açılıb. Peşəkar xizəkçilər hazırda kompleksin istifadəyə verilmiş 7 xizək zolağından istifadə edirlər. Bu zolaqlardan məsafəyə görə ən böyüyünün uzunluğu 2 kilometrə bərabərdir. Turistlər xizək enişinə başlamaq üçün kompleksdə artıq istifadəyə verilmiş dörd kanat yolundan yararlanırlar.

Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC 2011-ci ildə təsis edilib. "AtaTravel" turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir. Həmçinin kreditə və əlverişli şərtlərlə tur-paketlər əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti