...

Taner Yıldız: Özəlləşdirmə üzrə tenderlərin ləğvi Türkiyə iqtisadiyyatına mənfi təsir edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2014 07:30 (UTC +04:00)
Türkiyədə dövlət əmlakının özəlləşdirilməsi üzrə tenderlərin ləğvi və ya müddətlərinin uzadılması ölkə iqtisadiyyatına mənfi təsir edir.
Taner Yıldız: Özəlləşdirmə üzrə tenderlərin ləğvi Türkiyə iqtisadiyyatına mənfi təsir edir

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə dövlət əmlakının özəlləşdirilməsi üzrə tenderlərin ləğvi və ya müddətlərinin uzadılması ölkə iqtisadiyyatına mənfi təsir edir. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, özəlləşdirmə üzrə tenderlərin ləğvi və ya müddətlərinin uzadılması sərmayəçilərdə etimadsızlıq yaradır.

Qeyd edək ki, Türkiyədə Yatağan, Yeniköy və Kemerköy elektrik stansiyalarının özəlləşdirilməsi ləğv edilib. Ölkə stansiyaların özəlləşdirilməsindən 100 milyon dollara yaxın vəsait əldə etməli idi.

2012-ci illə müqayisədə Türkiyənin özəlləşdirmədən gəlirləri 2013-cü ildə 25,3 faiz artaraq 60 milyard türk lirəsinə çatıb.

Ötən il ölkədə özəlləşdirilməyə 18 şirkət çıxarılıb və onlardan 9-nun özəlləşdirilməsindən ümumi gəlirlər 65 milyon türk lirəsi təşkil edib.

2013-cü ildə Türkiyədə obyektlərin və şirkətlərin özəlləşdirilməsi prosesində 20 ölkədən 100 sərmayəçi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti