...

Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu təşkil ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2014 14:15 (UTC +04:00)
28 fevral - 1 mart tarixlərində Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcəkdir.
Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu təşkil ediləcək

Azərbaycan, Bakı, 26 fevral /Trend/

28 fevral - 1 mart tarixlərində Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcəkdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin bir sıra rəsmi görüşləri keçiriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu təşkil ediləcəkdir.

Qazaxıstan nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti