...

SKMF Ağcabədidə prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2014 12:55 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il martın 7-də Ağcabədi rayonunun Xocavənd kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.
SKMF Ağcabədidə prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

Azərbaycan, Bakı, 15 mart /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il martın 7-də Ağcabədi rayonunun Xocavənd kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağcabədi rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması;
- kiçik və ya orta həcmli meyvə-tərəvəz emalı və meyvə qurutma müəssisələrinin yaradılması;
- intensiv bağçılıq təsərrüfatlarının yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti