...

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2014 17:19 (UTC +04:00)
Mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb, birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri isə müvafiq olaraq 0,1 və 0,2 faiz bahalaşıb.
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri  ucuzlaşıb

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb, birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri isə müvafiq olaraq 0,1 və 0,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən lobya dəninin istehsalçı qiymətləri 0,5 faiz, kələmin 1,0 faiz, kartofun 0,2 faiz, quru otun istehsalçı qiymətləri 0,6 faiz bahalaşıb, göyərtilərin istehsalçı qiymətləri 1,1 faiz, baş sarımsağın 0,1 faiz, baş soğanın 0,2 faiz, yoncanın istehsalçı qiymətləri isə 2,4 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən fındığın və qozun istehsalçı qiymətləri müvafiq olaraq 2,7 və 0,5 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 3,3 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,2 faiz, mal ətinin (diri çəkidə) 0,3 faiz, südün 1,8 faiz, diri qoyun və keçilərin 1,1 faiz, yumurtanın istehsalçı qiymətləri isə 4,6 faiz ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 4,0 faiz bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti