Azərbaycan, Bakı, 23 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Manisa vilayətindəki mədənlərdən birində baş verən partlayışdan sonra onların istismarını dayandırır. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Hürriyyət" qəzeti xəbər yayıb.
Onun sözlərinə görə, Soma şəhərindəki mədənlərin bağlanması ölkə iqtisadiyyatına mənfi təsir edəcək.
Mayın 13-də Manisa vilayətinin Soma şəhərindəki mədəndə baş vermiş patlayışda 301 nəfər ölüb, 486 nəfər yaralanıb.
Bir müddət əvvəl Türkiyədə dağ-mədən sənayesi haqqında qanun layihəsi üzərində iş getdiyi barədə məlumat verilmişdi.
Yeni qanun layihəsi yaxın aylarda ölkə parlamentinə təqdim olunacaq. Sənədin təfərrüatları barədə məlumat verilmir.