...

VTB (Azərbaycan) bank təminatı ilə kredit təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2014 10:56 (UTC +04:00)
Bank VTB (Azərbaycan) bazara yeni məhsul – hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulmuş bank təminatı ilə kredit təklif edir.
VTB (Azərbaycan) bank təminatı ilə kredit təklif edir

Azərbaycan, Bakı, 27 may /Trend/

Bank VTB (Azərbaycan) bazara yeni məhsul - hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulmuş bank təminatı ilə kredit təklif edir.

Müvafiq məhsul üzrə girov tələb olunmur. Müddət, faiz dərəcəsi və komissiya bank tərəfindən fərdi yanaşma prinsipi əsasında hər bir müştəri üçün ayrıca müəyyən edilir.

Xatırladaq ki, bank təminatı ilə kredit - kredit təşkilatı tərəfindən verilmiş təminat əsasında borcalanlar üçün pul vəsaitlərin əldə edilməsi üsuludur.

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü Zaur Rəsulov: "Bu məhsul korporativ müştərilərə bank təminatı əsasında vəsait cəlb edərək daşınmaz əmlak almağa, istehsalat fəaliyyəti ilə məşğul olmaq, həmçinin ticarətin maliyyələşməsində geniş imkanlar yaradır. Müvafiq məhsuldan Azərbaycan qanunvericiliyi çərçivəsində əcnəbi şirkətlər də istifadə edə bilərlər. Beləliklə, yeni məhsul yerli bazarda fəaliyyətə başlayan əcnəbi şirkətlər üçün uğurlu "start-up" olmaqla, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunmasına xidmət edəcəkdir".

Bank VTB (Azərbaycan)

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Bank VTB (Azərbaycan) ASC

Mətbuat xidməti

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

E-mail: [email protected] www.vtb.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti