...

AtaTravel "Effektiv karyera planlaması" mövzusunda təlim keçirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2014 10:08 (UTC +04:00)
“AtaTravel” MMC Sos Uşaq Kəndlərinin yeniyetmələri üçün “Effektiv karyera planlaması” mövzusunda təlim keçirib.
AtaTravel "Effektiv karyera planlaması" mövzusunda təlim keçirdi (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

"AtaTravel" MMC Sos Uşaq Kəndlərinin yeniyetmələri üçün "Effektiv karyera planlaması" mövzusunda təlim keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Uşaq Kəndlərinin 15-ə yaxın gəncinin iştirak etdiyi təlimdə karyera planlaması, karyera uğursuzluqlarının səbəbləri, effektiv karyera planlaması haqqında geniş məlumat verildi. Gənclər karyera planlanmasının addımları mövzusunu böyük maraqla dinlədilər.

"AtaTravel" MMC-nin direktoru Vüsal Əliyev bildirdi ki, "AtaTravel" şirkəti Korporativ Sosial Məsuliyyət yönümlü layihələrdə daim fəal iştirak edir. Bu təlimin keçirilməsində məqsəd Sos Uşaq Kəndlərinin yeniyetmələrinin gələcəkdə işə asanlıqla düzəlməsinə kömək etməkdir: " Biz istəyirik ki, gənclər işə düzəldikləri zaman bilik və bacarıqlarını düzgün nümayiş etdirərək yaxşı işlərə cəlb edilsinlər".

Qeyd edək ki, "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və Azərbaycanın ən tanınmış holdinqlərdən biri olan, iqtisadiyyatın ayrı-ayrı sektorlarında böyük uğurlara imza atan "AtaHolding" şirkətlər qrupunun törəmə şirkətlərindən biridir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması və viza xidmətləri göstərir. Səyahət sığortası "AtaSığorta" ASC tərəfindən verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti