...

Elman Mehdiyev: Azərbaycan pensiya islahatları sahəsində Latviyanın təcrübəsinə maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2014 14:12 (UTC +04:00)
Azərbaycan pensiya islahatları sahəsində Latviyanın təcrübəsinin tətbiqində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Fondla Avropa İttifaqının birgə layihəsinin təqdimatında deyib.
Elman Mehdiyev: Azərbaycan pensiya islahatları sahəsində Latviyanın təcrübəsinə maraq göstərir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan pensiya islahatları sahəsində Latviyanın təcrübəsinin tətbiqində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Fondla Avropa İttifaqının birgə layihəsinin təqdimatında deyib.

O, qeyd edib ki, ölkənin pensiya-sığorta sistemi islahatlarının xüsusiyyətləri vətəndaşların hələ sovet dövründən sosial müdafiə sistemini əhatə edən yeni reallıqlara inteqrasiyasını, eləcə də həmin islahatların keçirilməsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqini zəruri etdi: "Həmin şərtlərlə Azərbaycan üçün bu sahədə nəhəng irəliləyişlərə malik olan Almaniyanın, o cümlədən, uzun müddət Azərbaycan kimi iqtisadi şəraitdə olan Latviyanın təcrübəsi son dərəcə faydalı ola bilər".

Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanisin sözlərinə görə, onun ölkəsi Azərbaycan ilə əməkdaşlıqdan razıdır.

Səfir Azərbaycanın belə təcrübənin tətbiqi ilə bağlı iddialarını və sosial müdafiə sahəsindəki təcrübəsini qeyd edərək deyib: "Bu, Azərbaycanda Latviya strukturlarının iştirak etdikləri 4-cü tvinninq layihədir. Biz etimada görə minnətdarıq və belə mühüm islahatların keçirilməsində dəstək göstərdiyimizə görə şadıq. Latviyada pensiya təminatı sahəsində Avropanın ən qabaqcıl təcrübəsi uğurla tətbiq edildi".

Layihə Latviya Sosial Rifah Nazirliyinin və AFR-in Əmək və Sosial İşlər Nazirliyinin iştirakı ilə reallaşdırılır. 2015-ci ilin noyabrınadək nəzərdə tutulan layihənin gedişində qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanun layihələri paketi hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti