...

Azərbaycanda diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2014 16:34 (UTC +04:00)
May ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,8 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0 faiz ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 3,0 faiz bahalaşıb.
Azərbaycanda diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Azərbaycan, Bakı, 9 iyun /Trend/

May ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,8 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0 faiz ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 3,0 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən pomidorun istehsalçı qiymətləri 0,7 faiz, kartofun və baş soğanın 0,1 faiz, lobya dəninin 3,1 faiz, yoncanın istehsalçı qiymətləri 4,7 faiz bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1,9 faiz, kələmin 1,2 faiz, göyərtilərin 1,4 faiz, xiyarın 10,1 faiz, baş sarımsağın 1,2 faiz, göy soğanın 0,4 faiz, quru otun istehsalçı qiymətləri isə 0,9 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 19,3 faiz bahalaşıb, fındığın istehsalçı qiymətləri 4,9 faiz, limonun istehsalçı qiymətləri 1,7 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,3 faiz, südün istehsalçı qiymətləri 2,6 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,6 faiz, mal ətinin (diri çəkidə) 1,0 faiz, diri ev quşlarının 3,7 faiz, quş ətinin (diri çəkidə) 14,9 faiz, yumurtanın 7,1 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti