...

İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Azərbaycana gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2014 14:53 (UTC +04:00)
İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Müctəba Xosrovtacın başçılıq etdiyi nümayəndə heyəti sabah Azərbaycana səfərə gəlir. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Trend-ə müsahibəsində deyib.
İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Azərbaycana gəlir

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir T.Cəfərov/

İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Müctəba Xosrovtacın başçılıq etdiyi nümayəndə heyəti sabah Azərbaycana səfərə gəlir. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Trend-ə müsahibəsində deyib.

M.Pakayin bildirib ki, 8 nəfərlik nümayəndə heyətinin tərkibində Maku və Araz azad ticarət zonalarının rəhbərləri və onların müavinləri, həmçinin bir neçə məsul şəxs olacaq: "Səfər zamanı Azərbaycan rəsmiləri ilə iqtisadi əlaqələrin genişləndirilməsi, özəl sektorda çalışan şirkət rəhbərləri ilə görüşlər nəzərdə tutulub".

Səfir Azərbaycan-İran birgə iqtisadi komissiyasının iclasının avqustun 4-5-də Bakıda keçiriləcəyini bildirib və qeyd edib ki, hazırda iclasın keçirilməsi üçün hazırlıq işləri aparılır.

M.Pakayin Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun hazırda Tehranda səfərdə olduğunu xatırladıb və deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərindən sonra iki ölkə arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti