Azərbaycan, Bakı, 18 iyun /Trend/
İyunun 18-dən Bakı Fond Birjasında (BFB) "AccessBank" ASC 10 milyon manat faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının yerləşdirilməsi başlayır. Bu barədə Trend çərşənbə günü BFB-yə istinadən məlumat verir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri min manat olmaqla 10 min istiqraz buraxılacaq. İstiqrazlar üzrə gəlirlilik illik 9 faiz, tədavül müddəti bir ildir. İstiqrazlar üzrə faizlərin ödənişi rübdə bir dəfə həyata keçiriləcək.
Sövdələşmənin anderrayteri "PAŞA Kapital" MMC-dir.