...

İyunda iqtisadiyyat və Sənaye Nazirliyinin Telefon Məlumat Mərkəzinə 400-ə yaxın müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2014 13:00
İyun ayında İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olmuşdur.
İyunda iqtisadiyyat və Sənaye Nazirliyinin Telefon Məlumat Mərkəzinə 400-ə yaxın müraciət daxil olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyun ayında İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olmuşdur.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ümumiyyətlə, iyun ayında 195-2 Telefon Məlumat Mərkəzinə 400-ə yaxın, indiyədək isə 25600-dən çox müraciət daxil olmuşdur.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların Nazirliyə gəlmədən operativ və ətraflı cavablandırılması məqsədilə yaradılmışdır. Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti