...

"DəmirBank"-ın aktivləri 526 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2014 13:38 (UTC +04:00)
1 iyun 2014-cü ilə olan vəziyyətə görə, “DəmirBank”-ın aktivləri 412,9 mln. manat təşkil edib. Trend-in məlumatına görə, bu abrədə bankın bazar ertəsi yaydığı xəbərdə deyilir.
"DəmirBank"-ın aktivləri 526 milyon dolları ötüb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Emin Əliyev/

1 iyun 2014-cü ilə olan vəziyyətə görə, "DəmirBank"-ın aktivləri 412,9 mln. manat təşkil edib. Trend-in məlumatına görə, bu abrədə bankın bazar ertəsi yaydığı xəbərdə deyilir.

Məlumatda deyilir ki, bankın kredit portfelinin həcmi 319,5 mln. manata çataraq hesabat dövründə 39 mln. manat və ya 14 faiz artıb.

Bankda müştəri depozitlərinin həcmi 1 iyun 2014-cü il tarixinə 194,1 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 165,6 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 19,5 faiz və ya 27,1 mln. manat çoxdur.

Bankın məcmu kapitalı cari ilin 1 iyun tarixinə 62,8 mln. manat olub ki, bu da AMB-nin 2015-ci ilin əvvəlində 50 milyon manat təşkil etməli olan bankların ümumi kapitalına tələbini üstələyir.

Ölkənin ilk və aparıcı banklarından olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. "DəmirBank" "Fitch Ratings" və "Planet Rating" agentliklərinin "stabil" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti