...

"Cybernet" şirkəti "Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər" mövzusunda forum keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2014 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Sentyabrın 17-də "Four Seasons" mehmanxanasında "Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər" mövzusunda forum təşkil olunacaqdır.

"Cybernet" şirkətindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropanın və dünyanın tanınmış şirkətləri üçün İT sahəsində konsultasiya xidmətlərinin göstərilməsi və İT həllərin tətbiqi üzrə ixtisaslaşmış Almaniyanın "LucaNet" şirkətinin ekspertləri iştirak edəcəklər.

Tədbirdə Azərbaycanın özəl və dövlət sektorunda innovativ informasiya texlogiyalarının tətbiqi ilə tanınmış "Cybernet" şirkətinin və müxtəlif bankların ekspertləri iştirak edəcək, praktik həllər nümayiş olunacaq, təcrübə mübadiləsi və müzakirələr aparılacaqdır.

Tədbirdə bir sıra iri bank və çoxprofilli şirkətlərin, o cümlədən, tikinti, otelçilik, turizm, sığorta, təhsil, tibb, kənd təsərrüfatı, aqrar və sənaye müəssisələrinin nümayənədələrinin iştirakı gözlənilir.

Forumda çoxşaxəli holdinq tipli şirkətlərdə nizamlanmış maliyyə hesabatlığının İT həlləri müzakirə olunacaq, bu sahədə 15 illik təcrübəyə malik "LucaNet" şirkətinin maliyyə hesabatlığı üzrə ən son nailiyyətlərini əks etdirən təqdimat nümayiş olunacaqdır.

Daha sonra ölkənin bank sektorun nümayəndələrinin çıxışları, habelə risklərin və hesablığın təhlili sistemləri üzrə ixtisaslaşmış mütəxəssislərin rəyləri səsləndiriləcəkdir.

1999-cu ildə Almaniyada yaradılmış "LucaNet" şirkəti Niderland Krallığı, Avstriya, İsveçrə, Belçika, Ukrayna və Çində həyata keçirilən İT layihələrində fəal iştirak edir. "Condor", "Langenscheidt", "Peek & Cloppenburg", "Tom Tailor" və "Toshiba" kimi şirkətlər "LucaNet"-in nəzarət və konsolidasiya proqram təminatından uğurla istifadə edirlər.

2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən "Synergy Group"un İKT sektoruna daxil olan "Cybernet" şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq etmişdir. Şirkət Elektron hökumət həllərinin tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti