...

Azərbaycanla Litva arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2014 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Litvanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev ölkəmizə səfir təyin olunması münasibətilə V.Lastauskası təbrik edib və Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Vurğulanıb ki, Azərbaycan və Litva arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edir. Nazir mövcud hüquqi bazanın, Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin, keçirilən müxtəlif tədbirlərin iqtisadi sahədə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkan yaratdığını qeyd edib.

Ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi görüşdə bu il Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının növbəti iclasının və biznes forumun Azərbaycan regionlarından birində keçiriləcəyi bildirilib, iqtisadi sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə, o cümlədən əczaçılıq, İKT, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Ş.Mustafayev görüşdə Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

V.Lastauskas səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib. Litva iqtisadiyyatı barədə məlumat verən diplomat səhiyyə, texnologiyalar sahəsində ölkələrimiz arasında əlaqələrin inkişafı imkanlarına dair fikirlərini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti