...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2014 18:49 (UTC +04:00)
Sentyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,1 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 6,5 və 3,6 faiz bahalaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Sentyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,1 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 6,5 və 3,6 faiz bahalaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən qarğıdalının 0,3 faiz, günəbaxan toxumunun 9,5 faiz, quru otun 1,7 faiz, yoncanın istehsalçı qiymətləri 7,4 faiz ucuzlaşıb, buğdanın 2,1 faiz, arpanın 6,6 faiz, lobyanın 21,7 faiz, xiyarın 22,7 faiz, badımcanın 11,0 faiz, pomidorun 18,1 faiz, kartofun isə istehsalçı qiymətləri 3,2 faiz bahalaşıb.

Çoxillik bitkilərdən şaftalının istehsalçı qiymətləri 20,0 faiz, qoz-fındığın 16,4 faiz bahalaşıb, şabalıdın 0,9 faiz, almanın isə istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 10,3 faiz, quş ətinin (diri çəkidə) 3,3 faiz, südün istehsalçı qiymətləri 2,5 faiz ucuzlaşıb, mal ətinin (diri çəkidə) 0,8 faiz, təbii balın isə istehsalçı qiymətləri 5,4 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti