Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
"Expressbank" ASC-nin aktivləri il ərzində 22,5 faiz artaraq 1 oktyabr 2014-cü il tarixinə 285,9 milyon manat təşkil edib.
Bankdan Trend-ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 46,5 milyon manat və ya 28,4% artaraq 210,3 milyon manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2014-cü il tarixinə 132,0 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə 50,9 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 39,5% çoxdur.
Bankın 1 oktyabr 2014-cü il tarixinə məcmu kapitalı isə 130,7 milyon manat təşkil edib.
"Expressbank" "Fitch Ratings" agentliyinin "stabil" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və "ExpressPay" ödəniş terminalı var. Aktiv bank kartların sayı 46 mindən artıqdır, bankın POS-terminallarının sayı isə 5 minə çatdırılıb.
Bank xidmətləri barədə ətraflı məlumat üçün: 132 Məlumat Mərkəzi, www.expressbank.az sayt və ya bankın rəsmi "facebook" səhifəsinə www.facebook.com/Expressbank