...

"Rabitabank"ın İdarə Heyətinə yeni sədr təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2014 11:35 (UTC +04:00)
"Rabitabank"ASC-nin səhmdarlarının qərarı ilə Elçin Qədimov bankın İdarə Heyətinə yeni sədr təyin edilib.
"Rabitabank"ın İdarə Heyətinə yeni sədr təyin edilib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

"Rabitabank"ASC-nin səhmdarlarının qərarı ilə Elçin Qədimov bankın İdarə Heyətinə yeni sədr təyin edilib.

E.Qədimovun bazar ertəsi Trend-ə verdiyi məlumata görə, müvafiq qərar ötən həftənin sonlarında "Rabitabank"ın səhmdarlarının ümumi toplantısında qəbul edilib.

Elçin Qədimov 2006-cı ildən bankın İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub. Oktyabrın əvvəlində İdarə Heyətinin əvvəlki sədri Nikoloz Şurqainin müqaviləsinin vaxtı bitib və o vəzifəsindən gedib. Bundan sonra E.Qədimov sədrin səlahiyyətlərinin icraçısı təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti