...

"Atasığorta" kapitalını 46 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2014 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Atasığorta" ASC-nin 4,6 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-yə istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 25 manat olan 184 səhm buraxılıb.

Bununla da səhmlərin yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 10 milyon manatdan 14,6 milyon manatadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti