...

"AAC" zavodu İqtisadiyyat və Sənaye Nazirliyinin mükafatını aldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2014 10:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

"Synergy Group"un üzvü olan "AAC" müasir tikinti materialları zavodu İqtisadiyyat və Sənaye Nazirliyinin tikinti materiallarının istehsalında müasir texnologiyaların tədbiqinə görə mükafatını almışdır. Mükafatlandırma Bakı Biznes Mərkəzində keçirilmiş "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" Beynəlxalq Sənaye Konfransı çərçivəsində baş tutmuşdur. Noyabrın 26-da keçirilmiş mükafatlandırma mərasimində yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak etmişdir. Mükafatları qalib sənaye müəssisələrinə İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev təqdim etmişdir.

Almaniya avadanlıqları ilə təchiz olunmuş zavodda hörgü blokları və yüksək keyfiyyətli əhəng istehsal edilir. Zavodun məhsulları milli və beynəlxalq standartların tələblərinə cavab verir və məhsulun keyfiyyətinə müasir laboratoriyada daim nəzarət edilir. Məsaməli beton blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.

Zavodda həmçinin, yüksək keyfiyyətli əhəng və bloklar üçün yapışdırıcı da istehsal olunur. Nəzərinizə çatdıraq ki, zavodun tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 mln. manat güzəştli kredit verilmişdir. "AAC" yüksək alman texnologiyaları əsasında hazırlanan "gobustone" məsaməli hörgü bloklarının istehsalçısıdır.

Bu gün "gobustone" bloklarından hündür mərtəbəli tikintilərin inşasında daha geniş istifadə edilir. İstehsalında yalnız təbii, ekoloji cəhətdən təmiz komponentlərdən istifadə olunan blokların digər üstünlüklərindən biri də ətraf mühitə heç bir mənfi təsir göstərməməsi və insanların sağlamlığı üçün tam təhlükəsiz olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti