...

İnteqrasiya sürətli iqtisadi artım mənbələrindən biri kimi

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2014 16:50 (UTC +04:00)

Ekspert Fərhad Əmirbəyov

SSRİ-nin dağılmasından sonra dünya qəti şəkildə qloballaşma adlanan inkişaf mərhələsinə qədəm qoydu. Bu prosesdən daha böyük faydanı maliyyə institutları götürürlər. Qloballaşma çərçivəsində iki ölkə arasında olduğu kimi, müəyyən regionda da inteqrasiya proseslərinin baş verə bilməyəcəyini düşünmək yanlışdır.

İnteqrasiya mövzusu daha çox siyasətçilər, biznesmenlər və maliyyəçilərin dilindən səslənir. Lakin müəyyən etmək lazımdır ki, inteqrasiya dedikdə biz nəyi başa düşürük. Söhbət Avropa İttifaqının (Aİ) nümunəsinə uyğun inteqrasiyadan gedir, yoxsa alternativ sxemlər var? Aİ yeganə uğurlu inteqrasiya birliyidir ki, ardıcıl şəkildə birinci mərhələdə azad ticarət zonasının yaradılmasından vahid dövlətə doğru gedir, bu da inteqrasiyanın yekun məqsədidir.

Aİ modeli MDB ölkələrinə nə dərəcədə uyğun gəlir? Azərbaycan da daxil olmaqla, heç də bütün MDB ölkələri fövqəlmilli idarəetmə orqanlarının yaradılmasını arzulamırlar. Tamamilə aydındır ki, MDB ölkələrinin hazırkı sosial-iqtisadi vəziyyəti SSRİ-nin dağıldığı dövrdəkindən çox fərqlənir. Bu da o deməkdir ki, Aİ ssenarisini MDB ölkələrində təkrar etmək baş tutmayacaq. Üstəlik, dünya təcrübəsi "varlıların kasıblarla" inteqrasiyasının digər yolunu göstərir. Misal üçün, NAFTA (North American Free Trade Agreement - Şimali Amerika Azad Ticarət Sazişi) - ABŞ, Kanada və Meksikanın iştirak etdiyi azad ticarət zonası (1994-cü il).

Azərbaycan üçün inteqrasiyanın əsas faktoru siyasi deyil, iqtisadi məsələlərin həllidir. Bununla yanaşı, neft idxalından davam edən gəlir azalması və iqtisadi inkişafın alternativ modellərinin axtarışı zərurəti ilə çoxtərəfli əməkdaşlığın hər hansı formasına cəhd artacaq.

Hazırkı xammal monokultur ixracyönümlü model tükənib. Mənə elə gəlir ki, biznes ictimaiyyəti, iri və nüfuzlu korporasiyalar inteqrasiya proseslərində iştiraka həvəs oyadacaqlar. Əhalisinin sayının azlığını nəzərə alsaq, istehsalın yalnız Azərbaycanda lokallaşdırılmasının mümkünsüzlüyü və məqsədəuyğun olmaması biznesin beynəlxalq əmək bölgüsündə iştirakın iqtisadi baxımdan daha effektiv olacaq formalarının axtarışı cəhdini artıracaq.

Regional inteqrasiyanın digər heç də az əhəmiyyətə malik olmayan aspekti idarəetmədir. Beynəlxalq bürokratiyanın meydana gəlməsini nəzərdə tutan fövqəlmilli idarəetmə orqanlarının yaradılması maliyyə nöqteyi-nəzərindən çətindir və praktikada az effektlidir. Göstərilir ki, birliklərin rəhbər orqanlarının funksiyalarının işçi məsələlərin həlli, müxtəlif səviyyələrdə görüşlərə hazırlıq və qəbul edilmiş qərarların icrasına nəzarətlə məhdudlaşması praktikası hazırkı mərhələdə daha məhsuldardır. Biznes subyektlərinin inteqrasiyadan maksimal fayda əldə etməsi üçün birliklərə üzv ölkələrin müqayisəli rəqabət üstünlüklərindən daha effektiv istifadəyə şərait yaradılması lazımdır.

Asiya-Sakit okean regionunda inteqrasiyanın inkişafı

Müşahidə olunan proseslər ondan xəbər verir ki, həm çoxtərəfli, həm də birtərəfli müxtəlif inteqrasiya layihələrinin bütöv şəbəkələri yaranır. Bu şəbəkələrə praktiki olaraq regionun bütün ölkələri cəlb edilir. Yəni, bütün ölkələr üçün vahid, ümumi inteqrasiya modeli yoxdur. Siyasi araşdırmalar göstərir ki, fövqəlmilli idarəetmə orqanları yaradılmadan inteqrasiya daha az münaqişəlidir və müxtəlif dərəcəli iqtisadi inkişafa malik ölkələrlə əməkdaşlığa imkan verir.

İnteqrasiya üçün son dərəcə güclü sövqedici motiv qlobal bazarların tədricən dağılması faktı ola bilər.

Dünya iqtisadiyyatının qloballaşma prosesinin başa çatmasının bəzi göstəriciləri:

- beynəlxalq hüquq normalarına hər yerdə riayət edilməməsi;

- lokal müharibələrin sayının artması;

- beynəlxalq əmək bölgüsündə oturuşmuş qaydaları dəyişəcək Qərbin yenidən sənayeləşməsinin başlaması;

- rəqabət müharibəsi metodu kimi tətbiq edilmiş iqtisadi sanksiyaların tezliyinin və miqyasının artması.

Qrafik 1. BDIY: 2008-ci il dünya böhranının başlanğıcına qədərki indeks (mənbə Bloomberg)

Qrafik 2. BDIY: 2008-ci ildən sonrakı indeks (mənbə Bloomberg)

1-ci və 2-ci qrafiklərdə bu, aydın görünür (Baltic Dry Index[1]). İndeks iqtisadi fəallığın ən obyektiv indikatorlarından biridir, çünki real vaxtda xammala olan tələbatı ölçür, halbuki, başqa iqtisadi göstəricilər, məsələn, istehlak xərcləri üzrə məlumatlar və ya istehlak qiymətləri indeksi artıq baş vermişləri nəzərdən keçirir.

Əlavə olaraq, BDI araşdırması xammalın bazar qiymətlərinin analizindən effektlidir, analizdə məhsul-substitutların (qarşılıqlı əvəz edilən məhsullar) effekti və fyuçers müqavilələri kimi faktorlar xammal qiymətlərinin dəyişməsinin interpretasiyasını çətinləşdirir.

Quru yüklər əsasən aralıq və ya hazır məhsulların (məsələn, beton, elektrik və ya polad) yaradılmasına xidmət etdiyindən, BDİ indeksi, həmçinin gələcək iqtisadi artımın və istehsalın effektiv indikatoru kimi nəzərdən keçirilir.

Son 2-3 ilin tendensiyaları ABŞ və Qərbi Avropda yeni, robotlaşdırılmış istehsalın yaradılmasından ibarətdir. İnkişaf etmiş dünya yeni texnoloji bazaya və ucuz yanacağa söykənərək sənaye intibahı yaşayır.

Qiymət

MDB məkanında eyni vaxtda bir-birinə zidd iki - inteqrasiya və dezinteqrasiya (Ukrayna) prosesi gedir. Mənim fikrimcə, ikinci prosesi dayandırmaq lazımdır, çünki o, bizə əlçatan olan bazarların azalmasına gətirib çıxarır. Eyni zamanda, keçmiş SSRİ ölkələri ilə yanaşı, digər ölkələrin də iştirak etdiyi yeni inteqrasiya formalarının meydana gəlməsini qeyd etməmək olmaz. Misal üçün, mətbuatın məlumatlarına əsasən, bir sıra ölkələr Gömrük İttifaqında iştirak imkanlarını nəzərdən keçirir. 2014-cü il 29 sentyabrda Həştərxanda keçirilən Xəzəryanı ölkələrin sammitində isə milli dəmir yollarını birləşdirmək, ticarətin genişləndirilməsi və s. barədə qərar qəbul edildi. Hazırkı inteqrasiya formatının tam həyatqabiliyyətli olması tamamilə mümkündür.

Bir neçə ideya

Maliyyə sektorunun iqtisadiyyatın digər sektorlarına nisbətdə üçüncü olduğunu unutmamaq lazımdır: birinci aqrar sektordur, ikinci emal sənayesidir. Diaqram Azərbaycanda sənaye istehsalının sahə strukturunda hasilat sənayesinin nə dərəcədə böyük yer tutduğunu göstərir. Maliyyəçilər öz sənayelərinin ardıcıl inkişafını təmin etmək üçün iqtisadiyyatın koordinasiyası və planlaşdırılması vəzifəsini öz üzərlərinə götürməlidirlər. Bunu etmək yalnız sənayeçilərlə korporasiyada mümkündür, onlara mən aqrarçıları da aid edirəm. Belə ki, aqrar biznes artıq çoxdan istehsalın sənaye metodlarından istifadə edir. Bunun üçün, hesab edirəm ki, Ticarət-sənaye palatalarının nümayəndələrini maliyyə forumlarına dəvət etməyin vaxtı çatıb. Öz növbəsində, texniki standartlar səviyyəsində uyğunlaşdırılmalı, texnoloji uyğun olmalı özəl sənayenin inkişafı olmadan, MDB ölkələrinin maliyyə institutlarının uğurlu gələcəyi mənə şübhəli görünür.

Diaqram. Azərbaycanda 2013-cü ildə sənayenin müxtəlif sahələri üzrə məhsul buraxılışının strukturu.

[1] Baltic Dry Index (BDI) (Baltik Dray İndeks) - Baltik Birjasının (Baltic Exchage) gündəlik hesabladığı ticarət indeksi. İndeks 20 əsas dəniz ticarət marşrutu üzrə quru yükün (kömür, filiz, taxıl və s.) daşınması qiymətini göstərir və Handymax, Panamax və Capesize siniflərində istehsal olunmuş quru yükləri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti