...

Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə kredit sazişini parafladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2014 16:51 (UTC +04:00)
Bu gün Milli Məclis Səudiyyə İnkişaf Fondu ilə Xırdalan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə kredit sazişini paraflayıb.
Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə kredit sazişini parafladı

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclis Səudiyyə İnkişaf Fondu ilə Xırdalan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə kredit sazişini paraflayıb.

Trend xəbər verir ki, parlamentin vitse-prezidenti Valeh Ələsgərovun sözlərinə görə, layihə çərçivəsində üç yeni su anbarı tikiləcək ki, onlardan su magistral xətlərə və Xırdalanın ümumi su kəməri şəbəkəsinə veriləcək.

V.Ələsgərov deyib ki, Xırdalan səhərinin su kəməri şəbəkəsinin ümumi uzunluğu 159 kilometrdir: "Həmçinin layihə çərçivəsində kanalizasiya suları üçün yeni kollektor tikiləcək. Kollektor artıq Lökbatanda inşa edilən 200 min kubmetr həcmə malik sutəmizləyici qurğu ilə birləşdiriləcək".

Onun sözlərinə görə, saziş 5 il güzəşt dövrü daxil olmaqla 20 il müddətinə nəzərdə tutulub: "Layihə 42 aya həyata keçiriləcək, bunun 12 ayı zəmanət müddətidir. Layihənin ümumi dəyəri 75 milyon dollar təşkil edir ki, bu məbləğin 35 milyon dollarını Səudiyyə Fondu ödəyəcək. Kredit illik iki faiz dərəcəsi ilə veriləcək. Kreditin ödənilməsinə 2019-cu il dekabrın 15-dən hər yarım ildən bir 1,167 milyon dollar olmaqla başlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti