...

Qoyun əti, süd, yumurta bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2015 18:37 (UTC +04:00)
Dekabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 1,5 və 4,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb.
Qoyun əti, süd, yumurta bahalaşıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Dekabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 1,5 və 4,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən pomidorun istehsalçı qiyməti 11,1 faiz ucuzlaşıb, buğdanın 6,4 faiz, arpanın 3,1 faiz, lobya dəninin 8,1 faiz, şəkər çuğundurunun 20,1 faiz, kələmin 3,1 faiz, kartofun istehsalçı qiyməti isə 0,6 faiz bahalaşıb.

Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 14,7 faiz, feyxoanın 2,5 faiz, əzgilin 11,5 faiz, limonun 6,7 faiz, naringinin 12,7 faiz, heyvanın 32,9 faiz, almanın 2,4 faiz, armudun 7,5 faiz, şabalıdın 7,1 faiz, fındığın 4,6 faiz, qozun istehsalçı qiyməti 2,9 faiz bahalaşıb, portağalın istehsalçı qiyməti isə 5,0 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti müvafiq olaraq 2,6 və 0,7 faiz ucuzlaşıb, südün 0,8 faiz, diri qoyun və keçilərin 0,3 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 1,0 faiz, qoyun ətinin (diri çəkidə) 0,1 faiz, yumurtanın istehsalçı qiyməti isə 14,4 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti