...

Yeni ünvan sisteminin tətbiqi daşınmaz əmlak sənədlərində dəyişikliyə səbəb olacaq?

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2015 12:55 (UTC +04:00)
Küçələrin adlarının dəyişdirilməsi vətəndaşlarda narahatlıq doğurmamalıdır.
Yeni ünvan sisteminin tətbiqi daşınmaz əmlak sənədlərində dəyişikliyə səbəb olacaq?

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Küçələrin adlarının dəyişdirilməsi vətəndaşlarda narahatlıq doğurmamalıdır. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Əmlak Məsələləri Komitəsi sədrinin müavini Rüstəm Şahbazov bildirib.

Onun sözlərinə görə, köhnə ünvan bazası Komitə tərəfindən yaradılan ünvan informasiya reyestrinə daxil ediləcək və köhnə ünvanlar haqqında informasiya reyestrin məlumat bazasında göstəriləcək: "Bu məsələ bu gün çoxlarını narahat edir. Lakin narahatlıq üçün əsas yoxdur, çünki bu gün yaradılan ünvan reyestri sistemi daşınmaz əmlakların köhnə ünvanlarını müəyyən etməyə imkan verəcək".

R.Şahbazov deyib ki, yeni ünvan sisteminin tətbiqi poçt yollamalarına və məktublaşmalara təsir etməyəcək.

O, qeyd edib ki, onlar üzərlərində yeni ünvan göstərildiyi halda ünvana çatdırılacaqlar, çünki sistemdə hər iki ünvan bir-biri ilə bağlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti