...

"Synergy Group" ASC-nin fəaliyyəti Foreign Affairs jurnalında işıqlandırılmışdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2015 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend/

"Foreign Affairs" jurnalı 2015-ci ilin yanvar-fevral ayları üçün olan buraxılışında Azərbaycanda biznes və iqtisadiyyatın inkişafına həsr olunmuş geniş məqalə dərc etmişdir. Ölkənin ən iri investisiya şirkətlərindən biri olaraq "Synergy Group" da həmin məqalədə yer aldı.
Şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verən Müşahidə Şurasının sədri Dəyanət Quliyev hazırda Qrupun onlarla iqtisadi sahə üzrə şirkətləri əhatə etdiyini bildirmişdir. Həmin şirkətlərdən bir çoxunun ölkənin müxtəlif regionlarında yerləşdiyini qeyd edən Dəyanət Quliyev bununla da Qrupun regionların sosial-iqtisadi inkişafına töhfə verdiyini vurğulamışdır. O, həmçinin, tikinti sahəsinin Qrupun prioritet sahələrindən biri olduğunu və əsas iri layihələrin məhz bu sahədə cəmləndiyini qeyd etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti