...

Azərbaycanın ət məhsulları Rusiya bazarında

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2015 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Maksim Tsurkov/

Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın ət məhsulları istehsalı müəssisələrinin qiymətləndirilməsi prosesini başa çatdırır.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Bakıda səfərdə olan Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviç bildirib.

O, qeyd edib ki, bu xüsusi proses yaxın vaxtlarda başa çatacaq: "Qiymətləndirmənin yekununa görə hansısa iradlar olarsa, biz onları tərəfdaşlarımıza göndərəcəyik. Ümid edirik ki, tezliklə Azərbaycanın ət məhsulları Rusiya bazarına çıxacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti