...

PAŞA Bank ”Marketing Kingdom 3”ün “QIZIL” sponsorudur

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2015 13:46 (UTC +04:00)
Bu ilin 16-17 aprel tarixlərində Bakıda sayca üçüncü ”Marketing Kingdom” beynəlxalq konfransı keçiriləcək. Tədbirin sponsoru ölkənin aparıcı banklarından biri olan PAŞA bankdır.
PAŞA Bank ”Marketing Kingdom 3”ün “QIZIL” sponsorudur

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bu ilin 16-17 aprel tarixlərində Bakıda sayca üçüncü "Marketing Kingdom" beynəlxalq konfransı keçiriləcək. Tədbirin sponsoru ölkənin aparıcı banklarından biri olan PAŞA bankdır.

Ötən illərdə olduğu kimi, "The P World" agentliyinin təşkilatçı olduğu bu tədbir dünyanın ən məşhur marketoloqlarını, həmçinin satış, korporativ kommunikasiya və brendinq sahəsində aparıcı mütəxəssisləri bir auditoriyada toplayacaq. "Google", "Unilever", "P&G", "Twitter", "BBC", "Visa International", "Rolls Royce" və s. dünyaca məşhur şirkətlərdə iş təcrübəsinə malik ekspertlər istehlak və rəqəmsal marketinq, mal və xidmətlərin təbliğ olunmasında sosial medianın istifadəsi və s. mövzularda təcrübəsini bölüşəcək.

Hər il bir neçə ölkədə keçirilən "Marketing Kingdom" beynəlxalq konfransı Avropada ən iri marketinq hadisələrindən biri sayılır. Keçən illərdə də PAŞA Bank tədbirin "QIZIL" sponsoru olmuşdur.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 10 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013, 2014 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti