...

"Rolls-Royce Motor Cars" Cenevrə avtosalonunda "Phantom Serenity" modelinin eksklüziv versiyasını təqdim edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2015 18:40 (UTC +04:00)
Отмечая историческую роль шелка как символа наивысшей элегантности, команда Rolls-Royce Motor Cars Bespoke Design создала великолепный экземпляр Phantom, который дает новый ориентир роскошной индивидуализации в автомобильной промышленности
"Rolls-Royce Motor Cars" Cenevrə avtosalonunda "Phantom Serenity" modelinin eksklüziv versiyasını təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 13 mart /Trend/

"Rolls-Royce Motor Cars" Cenevrə avtosalonunda "Phantom Serenity" modelinin eksklüziv versiyasını təqdim edib.

"İpəyin yüksək zəriflik rəmzi kimi tarixi əhəmiyyətini nəzərə alaraq, "Rolls-Royce Motor Cars Bespoke Design"ın işçi komandası avtomobil sənayesində dəbdəbəli özəllik istiqamətində yeni meyar müəyyən edəcək "Phantom" modelinin möhtəşəm nüsxəsini yaradıb", - deyə "Rolls-Royce Motor Cars" şirkətinin icraçı direktoru Torston Müller-Otvos qeyd edib.

Cenevrədə keçirilən Beynəlxalq Avtosalonda "Rolls-Royce Motor Cars" tərəfindən dəbdəbəli avtomobilin fərdilik imkanlarında yeni standartlar müəyyən edən "Serenity" modeli təqdim olunub.

"Serenity"nin eksklüziv versiyası "Rolls-Royce" şirkətinin qərargahı olan Qudvudda çalışan dizaynerlərin "mövcud ən yaxşı şeyləri daha da yaxşılaşdırmaq" ideyası əsasında durmadan göstərdikləri səylərin əyani nümunəsi olmaqla, sahibləri və heyranları tərəfindən "dünyanın ən yaxşı avtomobili" adlandırılmış "Rolls-Royce Phantom"a xas olan özəl dəbdəbənin tamamilə yeni səviyyəsini müəyyən edir.

Şirkətin dizaynerləri ser Henri Roysun "Əgər nə isə çatmırsa, onu özün yarat" prinsipindən ilhamlanaraq, dünyanın ən tələbkar və dəqiq insanlarını, "Rolls-Royce"un müştərilərini, ruhlandıracaq dəbdəbəyə yeni bir yanaşmanın necə olacağı barədə sual formalaşdırıblar. Bu sual "Rolls-Royce"un ən qiymətli, gözəl, nəcib və təbii materiallar haqda olan dərin bilgiləri əsasında cavablandırılıb. Dəbdəbə anlayışına yeni tərif olaraq hər bir müştəri üçün özünəməxsus dizayn yaratmağa imkan verəcək ipək seçilib.

Eksklüziv modelin hazırlanması prosesində "Bespoke Design" komandası kral ailəsi üzvləri, imperator və imperatriçə, dünya liderlərinə məxsus cah-calallı "Rolls-Royce" avtomobillərinin interyerindən ilhamlanıb. Bundan başqa, avtomobilin mebel hissələrinin dizaynında yapon imperatorunun geyimində əks olunmuş naxış motivlərindən də istifadə olunub. Bütün bunlar əsl innovativ, müasir və rahat "Rolls-Royce" interyerinin yaradılmasında vacib rol oynayıb.

Gerçək dəbdəbəni özündə əks etdirən, eksklüziv "Serenity" zəngin görünüşlü interyerə malik olmaqla ən zərif parça olan ipəyə ikinci həyat verib. Dizayna bu cür yanaşma "Rolls-Royce Motor Cars" şirkətinin təklif etdiyi yüksək səviyyəli sənətkarlıq, kreativlik və detallara olan diqqətin əyani nümunəsidir.

Yeni "Phantom"un parça örtüyü

"Hələ 1900-cü illərin əvvəlinə aid "Rolls-Royce" avtomobillərinin möhtəşəm interyerinin tarixini araşdırdıqdan sonra, bu mirası müasir təcəssümdə yeni müştərilərimizlə bölüşməyi labüd hesab etdik", - deyə "Rolls-Royce Motor Cars"ın dizayn üzrə direktoru Cayls Teylor bildirib.

Bu layihə çərçivəsində "Phantom"un seçilməsi heç bir şübhə doğurmurdu. Lakin dünyanın ən zəngin və müasir avtomobil interyerini yenidən canlandırmaq üçün xüsusi araşdırma tələb olunurdu. Bu məqsədlə, layihəni icra edən işçi heyətinə toxuculuq üzrə mütəxəssislər, Kral İncəsənət kollecinin bitirmiş Şerika Hey və Plimut Universitetinin məzunu Mişel Lasbi qoşulub.

"Serenity" interyerinin yaradılması

Digər "Rolls-Royce" modellərində olduğu kimi, "Serenity" və onun çiçəkli motivlərinin yaradılması da ağ kağızdan başlayıb. Ancaq bu model yaradılarkən ağ kağız rolunda əl işi olan zərif ipək parçası çıxış edib. Parça üzərində naxışlar üçün dizayner komandası Çinin Suçou şəhərində yerləşmiş və yaratdıqları kral naxışları ilə şöhrət qazanmış zavoda müraciət ediblər.

Bundan sonra parça Britaniyada, Esseksdə yerləşmiş ən qədim əyirmə fabrikində "Serenity"nin interyeri üçün 10 metr uzunluğunda örtüyə çevrilib. Hər metr parçaya 2 saat əl əməyi düşür ki, bütün proses də 2 gün vaxt alıb. Parçanın sıxlığı hər kvadrat santimetrə 140 sap təşkil edir. Parça müxtəlif rənglərdən ibarət olsa da, əsas çalar parlaq bozumtul yaşıl rəngdir.

Daha sonra ipək Londona aparılıb. Burada Hey və Lasbi çoxəsrlik Çin ənənələrindən ilhamlanaraq yaratdıqları çiçək naxışlarını canlandırmaq üçün fürsət əldə ediblər. Beləliklə, parça üzərində mis rəngli budaqlar və ağ rəngli ləçəklər təsvir edilib. Sonuncu cizgi kimi moruq rəngli çiçəklər əlavə olunub. İnteryerin bir panelinin bəzədilməsi 600 saatadək iş tələb edir.

İpəkdən daha artıq

Aydındır ki, ən dəbdəbəli lüks sinif avtomobil interyerinin hazırlanması yalnız nəfis ipək örtük əsasında ola bilməz. "Serenity"nin hündür, möhkəm sərnişin oturacaqları müasir mebel dizaynı tendensiyasına uyğun olaraq, nadir material olan albalı ağacı ("Smoked Cherrywood") ilə işlənilib. Ön oturacaqlara "Arctic White" ağ dərisi çəkilib.

"Serenity"nin baqaj hissəsi "Arctic White" dərisi ilə işlənib və eyni materialdan olan xalça ilə örtülüb.

Cazibədar və heyranedici eksteryer

"Phantom Serenity"nin xarici görünüşü nəcibliyi ilə insanı valeh edir. Avtomobilin 12 dəfə cilalanmış gövdəsi Qudvud sənətkarları tərəfindən mövcud rəng çeşidi sırasında ən bahalısı olan "Mother of Pearl" boyası ilə rənglənib.

"Phantom"un eksklüziv versiyası 460 at gücünə və 719 Nm fırlanma anına malik, 6,75 litr həcmli V12 mühərriki ilə təchiz olunub. Sedanın 96 km/saat sürətinə çatması üçün 5,6 saniyə tələb olunur.

"Improtex" Şirkətlər Qrupunun tərkib hissəsindən biri "Improtex Motors" MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan "Improtex Motors" MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. "Improtex Motors" şirkəti BMW, Rolls-Royce, MINI, "Alpina" və BMW motosikllarının rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hər yeni təqdimat təmtəraqlı şəkildə qeyd edilir.

Hazırda şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır.

Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərindən biri olan və 16 ildən artıq fəaliyyət göstərən "Improtex Motors", Azərbaycan avtomobil bazarında özünü etibarlı və nüfuzlu şirkət kimi ifadə edərək, uzunmüddətli peşəkar fəaliyyəti sayəsində müştərilərin etibarını və hörmətini qazanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti