...

Azərbaycanda pensiya kartlarının buraxılışı ilə məşğul olacaq bankların sayı dəyişməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2015 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan vətəndaşlarına pensiyaların verilməsi ilə məşğul olan bankların siyahısı dəyişməz qalacaq. Trend-in məlumatına əsasən, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, bu işi görən banklar hazırda qarşılarına qoyulmuş tapşırıqların öhdəsindən tam olaraq gəlirlər.

Hazırda pensiyaların verilməsi işinə Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" cəlb edilib.

E.Mehdiyev əlavə edib ki, bu banklarla olan müqavilələrə yenidən baxılması tərəflərdən birinin onlara riayət etməməsi halında baş verə bilər.

Hazırda ABB və "Kapital Bank"ın bankomatlarından istifadə etməklə pensiyaçılar komissiya ödənişindən azad olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti