...

Azərbaycan və Litva arasında əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2015 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

Bu gün vergilər naziri Fazil Məmmədov Litva xarici işlər nazirinin müavini Andrius Krivası, habelə Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası və Litva Xarici İşlər Nazirliyinin Şərq qonşuluq siyasəti idarəsinin Mərkəzi və Cənubi Qafqaz şöbəsinin 2-ci katibi xanım Şarune Kubiliuteni qəbul edib.

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, F.Məmmədov qonaqları salamlayaraq ölkələrimiz arasındakı siyasi-iqtisadi münasibətlərin son illər sürətlə inkişaf etdiyini bildirib, Azərbaycan-Litva hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində gördüyü işlər, onun iclaslarında imzalanmış protokollara uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib. Son illər ölkəmizdə həyata keçirilən vergi islahatları, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər sahəsində əldə edilmiş nailiyyətlər də qonaqların diqqətinə çatdırılıb.

A.Krivas ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək səmimi qəbula görə minnətdarlığını bildirib, həm Azərbaycan, həm də Litvada hər iki ölkənin nümayəndələrinin iştirakı ilə müxtəlif biznes-forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyini vurğulayaraq, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə öz müsbət təsirini göstərəcəyinə əmin olduğunu söyləyib.

Görüşdə Azərbaycan və Litva hökumətləri arasında əməkdaşlığın inkişaf istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti