...

“Contact” ödəniş sistemi Ermənistana pul köçürmələrini tamamilə dayandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2015 13:14 (UTC +04:00)
“Contact” ödəniş sistemi arası kəsilməyən provokasiyalar ilə əlaqədar olaraq Ermənistan ərazisində fəaliyyət göstərən banklar və maliyyə təşkilatları ilə əməkdaşlığı dayandırıb.
“Contact” ödəniş sistemi Ermənistana pul köçürmələrini tamamilə dayandırıb

Azərbaycan, Bakı, 22 may /Trend/

"Contact" ödəniş sistemi arası kəsilməyən provokasiyalar ilə əlaqədar olaraq Ermənistan ərazisində fəaliyyət göstərən banklar və maliyyə təşkilatları ilə əməkdaşlığı dayandırıb. Trend-in verdiyi xəbərə əsasən, bu barədə sistemin bu gün yaydığı məlumatında deyilir.

Məlumatda deyilir: "Tərəfdaşlar tərəfindən ödəniş sisteminin qaydaları və müqavilə öhdəliklərinin icra edilməməsi hallarının artması nəticəsində "Contact" sistemi hazırda Ermənistana pul köçürmələrini dayandırıb. Bu hal ölkədəki bütün tərəfdaşların şərtləri yerinə yetirənədək davam edəcək".

Tərəfdaşlardan birinin 2015-ci il aprelin ortalarında Dağlıq Qarabağ ərazisində icazəsiz ilk ödənişindən sonra "Contact" sistemi tərəfindən əlavə zəmanətlər və bu ərazidə sözügedən sistemin pul köçürmələri xidmətinin moratoriumuna əməl edilməsinin rəsmi təsdiqi tələb olunub. Müəyyən edilmiş müddət ərzində zəmanətlər təqdim edilmədiyinə görə, Ermənistan ərazisində bütün tərəfdaşların fəaliyyəti tamamilə dayandırılıb.

"Contact" sistemi Azərbaycanın Mərkəzi Bankı ilə işçi vəziyyətdədir.

Məlumatda deyilir: ""Contact" ödəniş sistemi bir daha vurğulayır ki, Azərbaycanın bütün qanunverici tələblərinə məsuliyyətlə yanaşır və onları qeyd-şərtsiz yerinə yetirir".

Sistemin məlumatında həmçinin bildirilib ki, "Contact" Azərbaycan bankları ilə əməkdaşlığı yüksək qiymətləndirir, baş vermiş hadisənin iştirakçı banklar və sistem arasındakı münasibətə təsir etməyəcəyinə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti