...

Dünya Bankının regional direktoru Bakıya gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2015 22:50 (UTC +04:00)
Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali iyulun 1-2-də Bakıya səfər edəcək.
Dünya Bankının regional direktoru Bakıya gələcək

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir Azad Həsənli/

Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali iyulun 1-2-də Bakıya səfər edəcək. Bunu Trend-ə DB-nin Bakı ofisindən deyiblər.

Ofisdən bildiriblər ki, səfər çərçivəsində bankın tərəfdaşları ilə görüşlər planlaşdırılıb. Görüşlərdə ölkədə layihələrin reallaşdırılmasının gedişi müzakirə ediləcək.

H.Kerali hökumət rəsmiləri ilə görüşündə əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti