Azərbaycan, Bakı, 9 iyul /Trend/
Xalq Bank və "Qatar Airways" səyahətsevərlər üçün yeni kampaniyaya start verdi.
Xalq Bankın Visa Platinum, Visa/MC Gold, Visa Classic/MC Standard, Dizayn Kart, İnternet kart, Visa Business/MC Business və əməkhaqqı kartlarının istifadəçiləri 2012-ci ildə dünyanın ən yaxşı aviaşirkəti seçilən Qatar Airways-dən aviabileti 20%-dək endirimlə əldə edib, 100-dən artıq istiqamətə lüks və komfortla, sərfəli qiymətə səyahət edə bilərlər.
Aviabileti həm www.qatarairways.com/az internet səhifəsində, həm də Qatar Airways-in Bakı şəh., Bakıxanov küç., 24, "Bridge Plaza" ünvanında yerləşən ofisində əldə etmək olar. Endirim almaq üçün aviabiletin dəyərini Xalq Bankın kartı ilə ödəmək lazımdır. Endirim məbləği uçuşun istiqaməti və aviabiletin sinfindən (ekonom/biznes) asılı olaraq dəyişir.
Aviabileti www.qatarairways.com/az saytında aldıqda "Promo kodu" sətrinə XALQBANK yazmaq lazımdır. Bundan əlavə, aviabiletin uçuş tarixinin dəyişdirilməsinə görə tətbiq edilən cərimə Qatar Airways-in ofisində alınan aviabiletlərə şamil olunmur (yalnız ilk dəyişdirilmə zamanı).
Xalq Bankın Visa Platinum, Visa/MC Gold, Visa Classic/MC Standard, Dizayn Kart, İnternet kart, Visa Business/MC Business və əməkhaqqı kartlarını Bankın istənilən filialında əldə edə bilərsiniz. Visa/MC Gold, Visa Classic/MC Standard kartları pulsuz təqdim edilir.