...

"Expressbank"ın SmileCard-ı ilə "Park Cinema"da endirimlər əldə edin

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2015 12:31 (UTC +04:00)
"Expressbank" ASC-nin SmileCard taksit kartı ilə Park Cinema kinoteatrlar şəbəkəsində (Park Bulvar, Metro Park, Flame Towers və Zaqulba) pop-corn və sərinləşdirici içkini 2 manata əldə etmək mümkündür.
"Expressbank"ın SmileCard-ı ilə "Park Cinema"da endirimlər əldə edin

Azərbaycan, Bakı, 11 iyul /Trend/

"Expressbank" ASC-nin SmileCard taksit kartı ilə Park Cinema kinoteatrlar şəbəkəsində (Park Bulvar, Metro Park, Flame Towers və Zaqulba) pop-corn və sərinləşdirici içkini 2 manata əldə etmək mümkündür.

Bankdan Trend-ə verilən məlumata görə, bundan başqa xərclənən məbləğin 6%-i karta geri qayıdacaq.

SmileCard ilə tərəfdaşlıq edən ticarət / xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür. Tərəfdaşların yenilənmiş siyahısı ilə saytda tanış ola bilərsiniz - http://www.expressbank.az/domains/express/assets/file/Terefdash_09.07.2015.pdf .

Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı "Expressbank" filiallarında dərhal əldə edə bilərlər. "Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" sloqanı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti