Azərbaycan, Bakı, 22 iyul /Trend/
İyulun 21-i ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar ucuzlaşıb, avro isə bahalaşıb.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyulun 22-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0495 (iyulun 21-i 1.0499) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə bahalaşaraq 1.1476 (iyulun 21-i 1.1365) manat olub.