...

"Expressbank" bonus və endirimlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2015 14:39 (UTC +04:00)
"Expressbank"-ın SmileCard taksit kartı ilə tərəfdaşlıq edən ticarət / xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür.
"Expressbank" bonus və endirimlər təklif edir

Azərbaycan, Bakı, 24 iyul /Trend/

"Expressbank"-ın SmileCard taksit kartı ilə tərəfdaşlıq edən ticarət / xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür. Tərəfdaşların siyahısı ilə Bankın saytında tanış ola bilərsiniz - http://www.expressbank.az/domains/express/assets/file/Terefdash_09.07.2015.pdf .

Bankdan Trend-ə verilən məlumata əsasən, müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən SmileCard-ı "Expressbank" filiallarında dərhal əldə edə bilərlər. "Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" sloqanı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür.

Qeyd edək ki, istifadə olunan məbləğ ödənildikdə yenidən kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

"Expressbank"-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti