...

Fitch: Bakı-Tbilisi-Qars regionda “Azərbaycan Dəmir Yolları”nın əhəmiyyətini artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2015 10:02 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi regionun yük daşımalarında “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin əhəmiyyətini daha da artıracaq və onların biznes profilini möhkəmlədəcək.
Fitch: Bakı-Tbilisi-Qars regionda “Azərbaycan Dəmir Yolları”nın əhəmiyyətini artıracaq

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Azad Həsənli/

Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi regionun yük daşımalarında "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC-nin əhəmiyyətini daha da artıracaq və onların biznes profilini möhkəmləndirəcək.

Trend-in məlumatına əsasən, bu barədə "Fitch Ratings" agentliyinin "2015-ci ilin ilk altı ayında keçmiş SSRI ölkələrinin nəqliyyat sektoru" hesabatında deyilir.

Hesabatda bildirilir ki, cari ilin ilk beş ayında regionun əksər ölkələrində dəmiryol yük daşımalarının həcmi azalmaqda davam edir: "Bu ölkələrin ÜDM-nin daha aşağı templi artımı fonunda ilin ikinci yarısında da dəmiryol daşımalarının həcminin az olacağını düşünürük. Neft daşımalarından asılı olan keçmiş SSRİ ölkələrinin dəmiryol nəqliyyat şirkətləri də rəqabət təzyiqi altındadır, belə ki, neft boru kəmərləri vasitəsilə daha çox nəql edilir".

Hesabatda deyilir ki, agentlik tərəfindən qiymətləndirilən dəmiryol nəqliyyat şirkətləri vəziyyəti müxtəlif dərəcələrdə olsa da, valyuta məzənnəsinin dəyişməsindən asılıdır: "Milli valyutaların davamlı zəifləməsi şirkətlərin kredit ödəmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Qazaxıstanda tarif artımının olmaması "Qazaxıstan temir jolı" SC-nin müstəqil kredit ödəmə qabiliyyətinə bundan sonra da təzyiq göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti