...

Yaponiya Azərbaycanın aqrar sektoru üçün 1 milyon dollara yaxın pul ayırdı (ƏLAVƏ OLUNUB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2015 13:51 (UTC +04:00)
Yaponiya kənd təsərrüfatı sahəsinin inkişafı üçün Azərbaycana 900 min dollar (100 milyon yen) məbləğində qrant ayırıb.
Yaponiya Azərbaycanın aqrar sektoru üçün 1 milyon dollara yaxın pul ayırdı (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:23-də yayımlanıb)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Yaponiya kənd təsərrüfatı sahəsinin inkişafı üçün Azərbaycana 900 min dollar (100 milyon yapon yeni) məbləğində qrant ayırıb.

Trend-in məlumatına görə, qrant xətti üzrə mübadilə olunacaq nota və digər müvafiq sənədlərin imzalanma mərasimi Yaponiyanın Azərbaycandakı səfirliyinin iqamətgahında keçirilib.

Notaları Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi imzalayıb.

T.Takahaşi bildirib ki, Yaponiyanın layihədənkənar qrant yardımında məqsəd inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial inkişafına Yaponiya istehsalı olan səmərəli və yeni texnologiyalar təqdim etmək yolu ilə kömək etməkdir: "Qeyd edilən qrant yardımı çərçivəsində təqdim edilən avadanlıq Azərbaycanın aqrar sektorunun inkişafına öz töhfəsini verəcək".

Öz növbəsində, H.Əsədov deyib ki, bu saziş Azərbaycan-Yaponiya əlaqələrinin inkişafında yeni səviyyədir: "İki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və bugünkü saziş bu əlaqələrin inkişafının daha bir nümunəsidir. Bu saziş Azərbaycanın aqrar sektorunun texniki parkının yenilənməsində və insan resurslarının inkişafında vacib rol oynayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti