...

Pomidor, soğan bahalaşıb, badımcan, xiyar ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2015 18:31 (UTC +04:00)
Avqust ayında Azərbaycanda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz bahalaşıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,9 faiz ucuzlaşıb.
Pomidor, soğan bahalaşıb, badımcan, xiyar ucuzlaşıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Avqust ayında Azərbaycanda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz bahalaşıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,9 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Birillik bitkilərdən buğdanın, lobyanın, qarpız və yemişin, bibərin, xiyarın, badımcanın, kartofun istehsalçı qiymətləri ucuzlaşıb, arpanın, baş sarımsağın, göyərtinin, çuğundurun, pomidorun, baş soğanın, quru otun istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.

Ay ərzində çoxillik bitkilərdən şaftalının istehsalçı qiyməti bahalaşıb, əncirin, almanın, armudun, gavalının, göyəmin, alçanın, zoğalın, çay yarpağının istehsalçı qiymətləri isə ucuzlaşıb. Digər çoxillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin, onların yuyulmamış yununun istehsalçı qiymətləri ucuzlaşıb, balın, mal və quş ətinin, yumurtanın istehsalçı qiymətləri isə bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti