...

Azərbaycanın qeyri-neft sektoru 6,4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2015 13:31 (UTC +04:00)
2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə 40,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Azərbaycanın qeyri-neft sektoru 6,4 faiz artıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/

2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə 40,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə Trend Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

ÜDM-in 34,2 faizi sənayedə, 13,5 faizi tikintidə, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub, 38,3 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,4 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 58,5 faizdən 68,8 faizədək yüksəlib. Ümumi daxili məhsulun 31,2 faizi isə neft sektorunun payına düşüb, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,1 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti