...

"AGBank" nizamnamə kapitalını 10 milyon manat artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2015 18:26 (UTC +04:00)
1992-ci ildə təsis olunan "AGBank" ASC-nin apardığı fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorlarının maliyyələşdirmək, korporativ idarə etmə sistemlərini təkmilləşdirmək, müştərilərə peşəkar xidmət göstərilməsi sistemini yaratmaqdır.
"AGBank" nizamnamə kapitalını 10 milyon manat artıracaq

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

1992-ci ildə təsis olunan "AGBank" ASC-nin apardığı fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorlarının maliyyələşdirmək, korporativ idarə etmə sistemlərini təkmilləşdirmək, müştərilərə peşəkar xidmət göstərilməsi sistemini yaratmaqdır.

Bankdan Trend-ə bildiriblər ki, statistik məlumatlara əsasən "AGBank" ASC-nin aktivləri cari ilin əvvəlindən 1 oktyabr tarixinədək 10% artaraq 558 480 000 manat, kredit portfeli 5% artaraq 401 310 000 manat təşkil etmişdir. Depozit hesablarının sayı isə 4000-i ötüb.

Qeyd edək ki, "AGBank" ASC-nin səhmdarlarının 18 sentyabr 2015-ci il tarixində təşkil olunan ümumi yığıncağında Bankın Nizamnamə Kapitalının mərhələli şəkildə 10.000.000 (on milyon) manat artırılması qərara alınıb.

Xatırladaq ki, "AGBank" ASC-nin səhmdarları sırasında iki böyük təşkilat - Beynəlxalq Maliyyə Korporasiyası və "Kazimir İnvestment" LTD Amerika Sərmayə Fondu, 8 Dövlət müəssisəsi, 12 kommersiya təşkilatı, 43 fiziki şəxs, ümumilikdə 65 səhmdar mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti