...

Qatar Airways 150-dən çox istiqamətə endirimli qiymətlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2015 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Qatar Airways 150-dən çox istiqamətə endirimli qiymətlər təklif edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, 2016-cı il səfərləri üçün biznes və ekonom sinifdə 40%-ə qədər endirimlər nəzərdə tutulur.

Qatar Airways erkən rezervasiyalar üçün "Xəyal qurma, plan qur" adlı qlobal endirim kampaniyasına start verib. Bu inanılmaz endirimlərlə sərnişinlər xəyal etdikləri səyahətləri indi daha münasib qiymətə reallığa çevirə bilərlər.

"Qatar Airways"in sürətlə böyüyən qlobal şəbəkəsi müştərilərə endirimli qiymətlərlə 150-dən çox istiqamətə rahat uçuş imkanı və mükəmməl səyahət təcrübəsi yaşamaq imkanı yaradır. Sərnişinlər Yaxın Şərq, Hindistan, və Asiya istiqamətləri üzrə biznes və ekonom siniflərində hər şey daxil 40%-ə qədər endirimlər əldə edəcəklər.

6 Noyabr 2015-ci il tarixinə qədər keçərli olan xüsusi endirim kampaniyası yalnız Bakıdan olan uçuşlar üçün keçərlidir. Uçuşlar Tiflis, Sinqapur, Seul, Pert, Maldiv, Çennay, Kuala Lumpur, Cakarta, Hanoi, Dubay, Denpasar, Delhi, Kolombo, Quanco və Bankok istiqamətləri üzrə endirimli qiymətlərlə həyata keçiriləcəkdir. Sərnişinlər rezervasiyalarını Qatar Airways satış mərkəzinlərində və ya qatarairways.com/globalsale internet səhifəsinə daxil olaraq edə bilərlər.

"Qatar Airways"in Azərbaycan üzrə kommersiya meneceri Vassilis Theocharides deyir: "Qatar Airwaysin Qlobal Endirim Kampaniyası səyahət sevərlərin ailələri ilə birlikdə yeni destinasiyaları kəşf etmələri üçün əla fürsətdir. Biz Qatar Airways olaraq səyahət sevənlərin standartlardan kənara çıxmağa həvəsləndiririk. Mükəmməl xidmətimiz, təyyarə daxili təkmil əyləncə sistemi Oryx One və əfsanəvi qonaqpərvərliyimizlə bütün müştərilərimizi təyyarələrimizin göyərtəsində gözləyir və onlara səmalarda yeni sinif lüks xidmət göstərməyə hazırlaşırıq"

Qatar Airways cəmi 18 illik fəaliyyət dönəmində sürətlə böyümüş və bu gün 166 müasir və ən yeni hava donanmasıyla Avropa, Asiya, Yaxın və Orta şərq, Afrika, Şimali və Cənubi Amerikada 152-dən çox biznes və istirahət destinasiyasına mütəmadi uçuşlar təşkil edir.

Bu ilin başlanğıcından etibarən Qatar Airways Amsterdam (Niderland), Zənzibar (Tanzaniya), Faisalabad, Sialkot, Multan (Pakistan) və Abjaya (Səudiyyə Ərəbistanı) mütəmadi uçuşlara başlamışdır. Bu ilin sonuna qədər Durban (Cənubi Afrika) və Nagpur (Hindistan) istiqamətlərinə də mütəmadi uçuşlar təşkil ediləcəkdir. 2016-cı il Qatar Airways üçün xüsusi bir il olacaq, məhz gələn il Amerika Birləşmiş Ştatlarında Los Angeles, Boston və Atlanta, Avstraliyada Sidney və Adelaide, Birləşmiş Krallıqda Birmingem, Birləşmiş Ərəb Əmirliklərində Ras Al Khaiman istiqamətlərinə mütəmadi uçuşlara başlayacaqdır.

*İstisna və məhtudiyyətlər şamin edilə bilər. Lütfən rezervasiya zamanı şərtlərlə tanış olun.

http://www.qatarairways.com/az/az/offers/global-promotion.page?cid=DMAZ20540

Məqalədə:
Xəbər lenti

Xəbər lenti