...

AGBank-ın mənfəət göstəriciləri pisləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2015 18:04 (UTC +04:00)
Devalvasiyanın nəticəsi olaraq AGBank-ın mənfəət göstəriciləri nisbətən pisləşib.
AGBank-ın mənfəət göstəriciləri pisləşib

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Devalvasiyanın nəticəsi olaraq AGBank-ın mənfəət göstəriciləri nisbətən pisləşib.

Trend-in məlumatına görə, "Fitch Ratings" agentliyinin "AGBank" ASC-nin reytinqinin aşağı salması barədə yayılan məlumata bankın İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov münasibət bildirib: "Həqiqətən də devalvasiyanın nəticəsi olaraq, bankın mənfəət göstəriciləri nisbətən pisləşib və bu faktor bankın ümumi kapitalına təsir göstərdi. Yaranmış vəziyyəti nəzərə alaraq cari ilin 18 sentyabr tarixində "AGBank" ASC-nin səhmdarlarının ümumi yığıncağı təşkil olunub və burada bankın nizamnamə kapitalının mərhələli şəkildə 10 milyon manat artırılması qərara alınıb".

O, qeyd edib ki, bu proses artıq həyata keçirilməyə başlayıb və növbəti ilin əvvəlində bankın məcmu kapitalı qəbul edilmiş normativlərə uyğunlaşacaq: "Eyni zamanda onu da vurğulamaq istərdim ki, AGBank-ın cari ilin sonuna qədər gözlənilən mənfəəti məcmu kapitala yönəldiləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti