"DəmirBank"ın uğurlarının başında operativlik, təhlükəsizlik, xidmətin keyfiyyəti və şəffaflıq durur

"DəmirBank"ın uğurlarının başında operativlik, təhlükəsizlik, xidmətin keyfiyyəti və şəffaflıq durur

Bakı. Trend:

"DəmirBank" ASC-nin İdarə Heyətinin sədri Roman Əmircanovla müsahibə

- Roman müəllim, bu il istər neft sektoru, istərsə də qeyri-neft sektoru üçün bir qədər çətin bir il oldu. Bu çətinliyin Bankınıza təsirini necə qiymətləndirirsiniz?

- Cari ilin 1-ci rübündə valyuta bazarında baş vermiş dəyişiklik ümumi bank sektoruna təsir etdi. Bizim üçün də il nisbətən çətin başladı. 1-ci rübü zərərlə başa vursaq da, sonrakı müddət ərzində gəlirlərimizi artıraraq zərəri minimumlaşdıra bilmişik. Hazırda Bankımızın stabilliyi və inkişafı davam etməkdədir. DəmirBank-ın "Stabil" reytinqini bu günlərdə "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi təsdiqlədi.

9 ayın yekunlarına əsasən, DəmirBank-ın aktivlərinin həcmi 441 mln. AZN təşkil edib, bu isə ötən ilin göstəricisindən 25 mln. AZN daha çoxdur. Analoji olaraq Bankın kredit portfeli də 11 mln. artımla müşahidə olunaraq, 333 mln. AZN təşkil etmişdir. Hazırda Bankın məcmu kapitalı 62.19 mln. AZN təşkil edir.

Amma Bankın uğuru yalnız maliyyə və ya digər kəmiyyət göstəriciləri ilə məhdudlaşmır. 26 illik zəngin tarixə malik DəmirBank Azərbaycanın aparıcı banklarından biridir. Hazırda Bankın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxtda, 20-si isə regionlarda yerləşir. Filial şəbəkəmizin yenilənməsi, modernizasiyası davam edir. Bu il ərzində 6 filial müasir dizaynda təmir olunmuş yeni binalara köçürülüb. İlin sonuna kimi daha 2 filialın yeni ofisinin açılışı nəzərdə tutulub.

- Hətta bir çox şirkətlər üçün ağır keçən 2015-ci ildə də yeniliklərdən vaz keçmirsiniz...

- Qətiyyən. Yeniliklər zərurətdən irəli gəlir. Texnologiyanın, rəqabətin çox sürətlə inkişaf etdiyi bir dövrdə yeniliklərdən vaz keçilməsi doğru olmaz. Əksinə, satışların nisbətən azaldığı bir vaxtda gələcəyə baxaraq diqqəti daha çox Bankın institusional inkişafına, sistemin, biznes proseslərinin təkmilləşdirilməsinə yönəltmişik. Müştərilərlə münasibətlərin daha yaxşı idarə olunması, onlara yeni-yeni, innovativ məhsulların təklif edilə bilməsi üçün bir sıra yeniliklər etmişik. Bundan başqa, biznes proseslərinin avtomatlaşdırılması sahəsində də xeyli irəliləyişlərə nail olunub.

- Hansı yenilikləri nəzərdə tutursunuz?

- Hazırda bank sektorunda müştərilərə təklif olunan maliyyə şərtlərinin bir-birindən çox fərqlənmədiyini nəzərə alsaq, rəqabətdə qalib gəlmək üçün ən vacib amil xidmət səviyyəsinin yüksəldilməsi və əməliyyatların aparılmasının düzgün təşkil olunmasıdır. Buna nail olmağın ən başlıca şərtlərindən biri isə bankın İT infrastrukturunun bu tələbləri ən yüksək səviyyədə qarşılamasıdır. DəmirBank da bu ideyanı əsas tutaraq, son illərdə İT infrastrukturunun inkişafını əhəmiyyətli dərəcədə gücləndirib və dünyanın ən nüfuzlu proqram təminatlarından biri olan SAP proqramının tətbiqini həyata keçirməklə banklar arasında bu mənada ilkə imza atmaqdadır. Bunun nəticəsində Bank müştərilərə göstərilən xidmətin keyfiyyətini və çeşidini əhəmiyyətli dərəcədə yüksəldib, ən müasir İVR (İnteraktiv Səs Cavablandırılması) sistemi ilə təmin olunmuş 24 saat müştərilərə dəstək xidmətinin tətbiqinə başlayıb. Bununla yanaşı, bankda İnternet və Mobil Bankçılıq proqramının tətbiqi həyata keçirilir ki, bu da qarşıdan gələn ildə müştərilərə bütün məhsul və xidmətlər üzrə banka baş vurmadan, məsafəli xidmət göstərməklə bu sahədə ön sıralara iddia etməyə əsas verir. Bundan başqa, il ərzində yeni əsas və ehtiyat məlumat mərkəzinin qurulmasını uğurla başa çatdırmışıq.

- Bilirik ki, son illərin trendlərindən biri nağdsız ödənişlərin çəkisinin artmasıdır. Bu, Dövlət Proqramı çərçivəsində də təşviq olunur. Bu istiqamətdə Dəmirbank nə edir?

- Çox yaxşı sualdır. Əvvəlcə deyim ki, DəmirBank ölkədə kart emissiya edən ilk banklardan biridir. Hətta bəzi banklarda nağdsız ödənişlərin həyata keçirilməsi üçün sponsorluq funksiyasını yerinə yetiririk. Bu biznesin bizim üçün xüsusi önəm daşıdığını anlayaraq böyük həcmdə investisiyalar qoymuşuq, nağdsız ödənişlərin inkişafı üçün bir sıra köklü yeniliklər həyata keçirmişik. Plastik kartların in-house prosessinq mərkəzi olan OCEAN proqramının tətbiqi uğurla başa çatdırılıb. Bu bizə imkan verir ki, bir çox kart əməliyyatları (kart məhsullarının yaradılması, çap edilməsi və s.) Bank tərəfindən 3-cü tərəf təşkilatın vasitəçiliyi olmadan idarə edilə bilsin. Eyni zamanda, plastik kartların funksionallığının artırılması (sistemli şəkildə taksit proqramının təminatı, bonus sisteminin tətbiqi, kredit kartlarının idarə edilməsi və s.) imkanını, müştərilərə daha sürətli, çevik xidmət göstərilməsini təmin etməlidir. Artıq növbəti aydan kartların emissiyasını OCEAN ilə həyata keçirəcəyik.

Nağdsız ödənişlərin təhlükəsizliyinin təmin olunması bizim üçün prioritetlərdən biridir. Burdan irəli gələrək bu il internet ödənişlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə bütün kartlarımız "3D secure" təhlükəsizlik xidmətinə qoşulub. Bu xidmət çərçivəsində müştərilərimiz dələduz əməliyyatlardan qorunmaq imkanını əldə edirlər.

Azərbaycan plastik kartlar bazarında ilk banklardan biri olaraq ən son texnologiyalardan olan təmassız kartlar layihəsini də reallaşdırmışıq. Bununla müştərilər vaxtlarına qənaət edərək nağdsız ödənişləri rahat şəkildə həyata keçirə bilərlər.

- Bizdə olan məlumata görə, DəmirBank bu günlərdə MikroFinanza Rating təşkilatının qiymətləndirməsi əsasında ABŞ-ın "Smart Campaign" təşkilatı tərəfindən "Müştəri Mühafizəsi üzrə Sertifikata" layiq görülüb. Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.

- DəmirBank ötən ilin fevral ayından başlayaraq Mikrofinanza Rating təşkilatı ilə "Müştəri Mühafizəsi üzrə Sertifikat" layihəsinə başlayıb. Layihənin məqsədi xidmət və məhsullarda qiymət, şərait və şərtlər baxımından şəffaflığı təmin etməkdir. Daha dəqiq desək xidmət və məhsulların müştərilərin tələblərinə uyğun hazırlanması və çatdırılması, artıq borclanmanın qarşısının alınması, şəffaflığın təmin edilməsi, məsuliyyətli qiymət qoyuluşu, müştərilərə ədalətlə və hörmətlə davranış, müştəri məlumatlarının məxfiliyinin qorunması, müştəri müraciətlərinə baxılması ilə bağlı çevik bir mexanizmə malik olmaqdır.

Sertifikatlaşdırmanı "Smart Campaign"ın tərəfdaşı, müstəqil və lisenziyalı qiymətləndirmə təşkilatı olan MicroFinanza Rating aparıb. DəmirBank "Müştəri Mühafizəsi üzrə Sertifikatı"nı Smart Campaign təşkilatının 7 Mühafizə Prinsipini özündə birləşdirən müştəri maraqlarının qorunması öhdəliyinə sadiqlik nişanəsi olaraq alıb. Qeyd edim ki, bir çox qayda və prosedurlarımızda dəyişiklik edərək hazırda Smart Campaign təşkilatının 95 standartının hamısına cavab veririk. Bu iş bəzi hallarda müştərilərin xeyrinə gəlirlərdən imtina etməyimiz hesabına başa gəlsə də, müştəri məmnuniyyətinin və maraqlarının bizim üçün vacibliyini dərk edərək bunu edirik.

Görülmüş tədbirlərin hamısı Mərkəzi Bankın "Banklarda Məsuliyyətli Kreditləşmə haqqında Metodoloji Rəhbərliyi"nə tam uyğundur. Göstərdiyimiz bank xidmətləri müştərilərin hüquqlarının müdafiəsi və onun effektiv mexanizminin, məsuliyyətli kreditləşmə üzrə davranış standartlarının tətbiqi üzrə rəhbərliyə əsasən həyata keçirilir. Burada əsas məqsəd Bankımız üçün müxtəlif risklərin azaldılması, eyni zamanda müştərilərin həddən artıq borclanmasının qarşısının alınması və məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdiirlməsidir.

Hesab edirəm ki, hər hansı bir şirkətin, xüsusilə də maliyyə-kredit qurumunun əldə etdiyi nailiyyət və uğurlarının başında operativlik, təhlükəsizlik, göstərilən xidmətlərin keyfiyyəti və şəffaflıq durur. Bu isə bizim üzərimizə düşən ən böyük məsuliyyətdir. Əməliyyatların, tariflərin və istehlakçıların hüquqlarının şəffaflığı və müştəri xidmətlərinin təkmilləşdirilməsi Bankımız üçün ən prioritet məsələlərdən biridir.

Bank həmçinin müştərilərə mühafizəli və şəffaf əlaqələrin qurulması sahəsində əhəmiyyətli tədbirlər həyata keçirir. Bunlara müştərilərə maliyyə savadlılığının artırılması mövzusunda təlimlərin həyata keçirilməsi, Bank sənədlərinin, müqavilələlərin daha sadələşdirilmiş formatda müştərilərə çatdırılması, Bankın xidmətləri və məhsulları barəsində, həmçinin xidmət səviyyəsi ilə bağlı müştərilərin irad və təkliflərini bildirmə kanallarının genişləndirilməsi və digər bir sıra tədbirlər aiddir.

Onu da qeyd edim ki, bu sertifikat bank və müştəri münasibətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində cari ildə təqdim olunan yeganə sertifikat deyil. DəmirBank fəaliyyətində şəffaflıq prinsipləri sahəsində qiymət şəffaflığını təmin etdiyinə görə "MicroFinance Transparency" təşkilatı tərəfindən "Qiymətləndirmənin Şəffaflığı Möhürü" ilə mükafatlandırılmış, "Şəffaf pərakəndə bankçılıq" xidmətlərinə görə "Uğur" milli mükafatına da layiq görülüb.

- Yeniliklərdən danışdıq. Ənənəvi bankçılıq sahəsində, xüsusilə kiçik və orta biznesin maliyyələşdirilməsi istiqamətində Bankın həyata keçirdiyi işlər haqqında nə deyə bilərsiniz?

- Bankın texniki və maddi resursları bütün növ kreditləşmələrə imkan verir. Bizim üçün, kiçik və orta biznesin maliyyələşdirilməsi həmişə mühüm istiqamət olmuşdur. Bazar tələbatını nəzərə alaraq, biz bu sektora olan diqqətimizi artırmaqda qərarlıyıq. Buna görə də, kiçik və orta biznes ilə bağlı 2016-cı il üçün nəzərdə tutulan planlarımız kifayət qədər genişdir.

Gördüyünüz kimi, filial şəbəkəmizin əksəriyyəti paytaxtda yox, regionlarda yerləşir. Regionlarda mikrokreditlərin əhəmiyyətli hissəsini kənd təsərrüfatının inkişafına veririk. Kənd təsərrüfatının kreditləşməsi incə və mürəkkəb bir prosesdir və hər sahəsi fərdi yanaşma tələb edir. Məsələn, heyvandarlıq sahəsinin inkişafı üçün ayrılan kreditin şərtləri bitkiçilik və bağçılıq sahəsinə ayrılan kreditlərin şərtlərindən fərqlənir. Qeyd etmək istəyirəm ki, kənd təsərrüfatının hər sahəsinin öz riskləri, mövsümü, vaxtı və qaytarılma dövrləri var. Bizdə kənd təsərrüfatının bütün sahələri üçün xüsusi məhsullar var. Kənd yerlərində yaşayan əhalinin sayını, iqtisadiyyatda kənd təsərrüfatının rolunu və ölkə prezidenti tərəfindən aparılan siyasəti nəzərə alaraq, biz bu sektorun maliyyələşməsinə daha məsuliyyətlə yanaşırıq.

DəmirBank bir neçə dövlət fondları ilə sıx əməkdaşlıqlar aparır. Dövlət proqramları çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlər üzrə Fondun partnyor banklarından biriyik. Bundan əlavə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduyla da əməkdaşlıq edirik və bu dövr ərzində ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələr dəstəklənib. Ən sıx əməkdaşlıq etdiyimiz fondlardan biri də İpoteka Fondudur. Fondun tələblərini yüksək səviyyədə icra etdiyinə və fond tərəfindən ipoteka kreditlərinin maliyyələşdirilməsinə görə DəmirBank 2015-ci ilin 1-ci rübündə 36 müvəkkil kredit təşkilatları arasında 1-ci yerə layiq görülüb.

- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

- Mən də Sizə təşəkkür edirəm.

Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi
Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi
Pendirin orqanizmə faydaları və təhlükələri
Pendirin orqanizmə faydaları və təhlükələri
Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir
Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir
Loading Bars
Xəbər lenti
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Ananı məqsədlərinə alət edən qardaşlar: Emin və Mehman Hüseynovlar nəyi demək istəmirlər? - TƏFƏRRÜATLAR (VİDEO)
Abşeronda avtomobil yanıb
DİN, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyi keçirdikləri birgə əməliyyatla bağlı məlumat yaydı (VİDEO)
Nepalda sel və torpaq sürüşməsi qurbanlarının sayı 40-a çatıb
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar
Çində zavodda partlayış baş verib
Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək
BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub
Pendirin orqanizmə faydaları və təhlükələri
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu (VİDEO)
Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirusdan sağalan 90 yaşlı nənə - Onu siz də tanıyın (VİDEO)
Bağ evində narkotik əkib-becərən keçmiş məhkum saxlanılıb (FOTO)
Nazirlik verilən 190 manata qarpız alaraq parçalayan şəxslə bağlı məsələyə münasibət bildirdi
ABŞ-da 66 mindən çox yoluxma qeydə alındı
Prokurorluq Ucar sakininin döyülərək öldürülməsi ilə bağlı məlumat yayıb
Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi
AzMİU-nun magistratura səviyyəsinə onlayn qeydiyyat davam edir
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi və patronlar tapıldı (FOTO)
Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub - Bəhruz Quliyev
Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü
Cəlilabadda karantini pozan 6 obyekt aşkarlanıb
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir
Azər Badamov: Azərbaycan BMT-nin hesabatında tutduğu mövqeyinə görə regional liderdir
Şəkidə təkrar qarğıdalı əkini aparılır (FOTO)
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib i(FOTO)
Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb (VİDEO)
AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar (FOTO)
Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Baş Nazir kolleclərlə bağlı qərar imzalayıb
Brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb
Gəncədə xəstəxananın hasarının uçması qaz xəttini yararsız hala salıb (FOTO)
Bakıda küçə və yollarda son vəziyyət (FOTO)
AQTA reyd keçirib: 73 obyektdə qayda pozuntusu aşkarlanıb (FOTO)
İran Xəzərdə kilkə ovuna başlayıb
Vladimir Nikiforov: Azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib (VİDEO)
Kamaləddin Qafarov: Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə həmişə fəal mövqeyi, bu sahədə digər ölkələrlə konkret həmrəyliyi ilə fərqlənib
İranda koronavirusa yoluxanların sayı 255 mini keçib
ABŞ-da 8 min məhbus azad ediləcək
Özünüməşğulluq proqramının 200-dən çox iştirakçısına kiçik bizneslərini qurmaq üçün aktivlər verilib
Naqif Həmzəyev: Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur
Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil, eyni zamanda bir sıra digər inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir - Deputat
Sabah 35 dərəcəyədək isti olacaq
Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq
STP-nin Bəyanatı: STP-nin Baş direktoru öz xahişi ilə işdən azad olunub
Nepalda daşqın və torpaq sürüşməsi - Onlarla ölü
Samuxda qadının evindən pul və qızıl oğurlayanlar saxlanılıb (FOTO)
Rusiyalı həkim Aleksandr Averyanov: İri şəhərin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirməz
Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub
Türk Hava Yolları Azərbaycana uçuşları artırdı
Rusiyalı həkim: Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi heyranlıq doğurur (VİDEO)
Rusiyada daha 6 611 nəfər koronavirusa yoluxdu
UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir
Gürcüstanda olan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir
Koronavirusa yoluxan jurnalist Aynur Nəsirova sağalıb
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Kürdə batan şəxslərdən birinin meyiti tapılıb, digəri axtarılır
Ermənistanda koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib
Tvinninq layihəsinin yekun konfransı keçirilib
Kənar yollarla rayona sərnişin aparan sürücü və müştəriləri həbs olunub (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz çətin günlərdə xalqımıza böyük dayaqsınız, biz sadə vətəndaşlar da daim sizinləyik
Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb
Deputat: Əhali sayı təxminən Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə yoluxma 60-70 mini ötür
Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Xəzər rayonunda karantin rejimi ilə əlaqədar monitorinqlər davam etdirilir (FOTO)
Xüsusi icazəsi olanların şəxsiyyət vəsiqələri ilə sərnişin daşıyan sürücü tutuldu
Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçilib
Ağsuda mal-qara oğurlayan qəssab saxlanılıb (FOTO)
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir
Ermənistan sutka ərzində atəşkəsi 49 dəfə pozdu
Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq
Sumqayıtda yataqxanada yanğın olub
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb
Yaponiya və ABŞ Ayda araşdırmalar sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalayıblar
Milyarderlər sıralamasında İlon Mask Baffetti ötdü
ABŞ-da son sutkada koronavirusa yoluxanların sayı 63 min nəfəri ötüb
ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alavesi" məğlub etdi
Kaliforniyada 10 minə yaxın məhkum azad ediləcək
"Real"ın futbolçusu Marselo zədə alıb
Cəlil Xəlilov: Minsk qrupu ya öz fəaliyyətində dönüş yaratmalı, ya da acizliyini etiraf etməlidir
Firəngiz Əliyeva: Bizim həkimlərimizin koronavirusla apardığı mübarizəni nə sözlə, nə yazmaqla ifadə etmək mümkün deyil (VİDEO)
Moskvada koronavirusdan ölənlərin sayı 4 116 nəfərə yüksəlib
Yaponiyada keçirilmiş sınaqlar "Favipiravir"in koronavirusun müalicəsində səmərəli olmadığını müəyyən edib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 228 mindən çox artıb
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 1 493 nəfər sağalıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Çin 23 xarici müəssisədən ət məhsulları idxalını dayandırıb
Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidentinin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
Bu yollarda xətlənmə işləri aparılacaq
Bütün xəbərlər