...

Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun ilk iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2015 13:46 (UTC +04:00)
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupunun ilk iclası keçirilib.
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun ilk iclası keçirilib

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə Ekspert Qrupunun ilk iclası keçirilib. Bu barədə Trend-ə ABA-dan verilən məlumatda bildirilir.

Hüquqi məsələlər üzrə Ekspert Qrupu aparıcı Bankların hüquq siyasəti üzrə məsul şəxslərinin (hüquq üzrə sahə rəhbərləri və departament direktorlarının) məşvərət məclisidir. Qrupun yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə bank və maliyyə sektorunun qanunvercilik təşəbbüslərinin işlənib hazırlanması və bankların fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin müzakirə edilməsi və bu məsələlərin həlli təcrübəsinin ümumiləşdirilməsidir.

Hüquqi məsələlər üzrə Ekspert Qrupunun ABA-nın qərargahında baş tutan və AtaBank, Accessbank, AGBank, Azərbaycan Sənaye Bankı, Azər-Türk Bank, Bank of Azerbaijan, Bank of Baku, Kapitalbank, Caspian Development Bank, YapıKrediBank Azərbaycan, PAŞABank, XalqBank, Unibank, Turanbank və NBCBank ASC-nin nümayəndələrinin iştirak etdiyi keçirilmiş ilk iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "İpoteka haqqında", "Notariat haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının qanunlarına təklif olunan müvafiq əlavə və dəyişiklərin layihəsi müzakirə edilib, bəzi normativ-hüquqi aktların əlaqədar orqanlarla müzakirəsi əsasında yeni tələblərə uyğunlaşdırılması imkanları, habelə bankların məhkəmə və məhkəmə qərarlarının icrası təcrübəsində üzləşdikləri problemlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti