Bakı. Trend:
"Qaradağ" yatağındakı 485 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, məhsuldar qat çöküntülərinin VIII horizontuna qazılmış quyu 3200-3180 metr dərinlik intervalından hazırda sutkada orta hesabla 55 min kubmetr qaz hasilatı ilə işləyir.
Quyuda istismar işləri "Azneft" İB-nin Qaz Anbarları İstismarı İdarəsi tərəfindən həyata keçirilir.