Bakı. Trend:
2015-ci ilin dekabr ayı ərzində 2 milyon 739 min 625 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 848 min 765 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 29 milyon 079 min 649 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il yanvar ayının 1-ə qədər Ceyhan limanından 291 milyon 018 min 739 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.